Qızılın qiyməti rekord həddə çatdı
"Comex" birjasında (Nyu-York əmtəə birjasının bölməsi) qızılın qiyməti yeni tarixi rekorda imza atıb.
TodayPress xəbər verir ki, bu barədə "Lenta.ru" məlumat yayıb.
Aprelin 2-də keçirilən ticarət zamanı qiymətli metalın çatdırılması üzrə fyuçerslər 1,12 faiz bahalaşaraq 1 troy unsiyası üçün 3201,6 dollara çatıb.
Qızılın belə yüksək qiyməti tarixdə heç vaxt qeydə alınmayıb.
Daha sonra, aprelin 3-ü səhər saatlarında qiymət 1 troy unsiyası üçün 3171,5 dollara olub.
Töhfə Səməd
tag: Qızıl,Dollar,Valyuta,Birja,Todaypress.az,