Qızılın qiyməti rekord həddə çatdı

İqtisadiyyat

21.04.2025 09:44

7

Qızılın qiyməti bir daha rekord həddə yüksəlib.

TodayPress xəbər verir ki, növbəti artımın səbəbi Çin-ABŞ ticarət müharibəsinin dərinləşməsi fonunda qlobal iqtisadi artım ilə bağlı narahatlıqlar olub, zəifləyən dollar isə bu artımı daha da sürətləndirib.

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə fyuçerslərinin dəyəri 1.87% artaraq 3,390.60 ABŞ dollarına bərabər olub.

COMEX-də gümüşün bir unsiyası üzrə fyuçerslərinin qiyməti isə 1.01% azalaraq 32,825 ABŞ dolları təşkil edib.

tag: Qızıl,Dollar,Valyuta,Birja,Todaypress.az,