Qızılın qiyməti rekord həddə çatdı

İqtisadiyyat

27.03.2025 23:41

2862

Qızılın qiyməti tarixi maksimuma çatıb.

Bu barədə TodayPress “Comex” birjasına istinadla xəbər verir.

Belə ki, sarı metalın qiyməti martın 27-də bir unsiya üçün 3 100 dollardan (+1,58 %) yuxarı qalxıb.

Eyni zamanda, aprel ayında çatdırılma üzrə qızıl fyuçerslərinin qiyməti 0,88 % artaraq bir unsiya üçün 3 065,3 dollar təşkil edib.

tag: Qızıl, Maksimum, Dollar, Unsiya, Comex, todaypress.az,