Qızılın qiyməti 3300 dolları ötdü

İqtisadiyyat

16.04.2025 10:54

7

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti artıb. 

TodayPress birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə iyun fyuçerslərinin qiyməti 1.99% artaraq 3,304.90 ABŞ dollarına bərabər olub. 

COMEX-də gümüşün bir unsiyası üzrə may fyuçerslərinin qiyməti də 0,52% artaraq 32.77 ABŞ dollarına bərabər olub.

tag: Qızıl,Dollar,Valyuta,Birja,Todaypress.az,