Qızılın qiyməti 3045 dolları ötdü

İqtisadiyyat

25.03.2025 12:42

1910

Əmtəə bazarlarında qızıl yenidən bahalaşmaqda davam edib.

TodayPress birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə iyun fyuçerslərinin qiyməti 0,05% və ya 1,4 dollar artaraq 3 045,4 ABŞ dollarına bərabər olub.

COMEX-də gümüşün bir unsiyası üzrə may fyuçerslərinin qiyməti isə 0,43% və ya 0,14 dollar artaraq 33,6 ABŞ dollarına bərabər olub.

Qeyd edək ki, qızıl ən yüksək qiyməti bu il martın 19-da qeydə alınıb və 3052 dollara qədər yüksəlib.

tag: Qızıl,Dollar,Valyuta,Birja,Todaypress.az,