Qızılın qiyməti 3000 dolları ötdü

İqtisadiyyat

20.03.2025 09:50

1803

Birjalarda qiymətli metalın bahalaşması davam edir.

TodayPress birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə aprel fyuçerslərinin dəyəri 1,67% artaraq 3,051.68 ABŞ dollarına bərabər olub.

COMEX-də gümüşün bir unsiyası üzrə may fyuçerslərinin qiyməti isə 0,021% azalaraq 33.889 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, "Macquarie Group" gələn il qızılın unsiyasının 3500 dollara qədər bahalaşa biləcəyini proqnozlaşdırır.

tag: Qızıl,Dollar,Valyuta,Birja,Todaypress.az,