Qızılın 3 500 dollara yaxınlaşır

İqtisadiyyat

22.04.2025 09:25

5

Asiyada ticarət zamanı qızılın qiyməti yeni rekord həddə çatıb. 

TodayPress xəbər verir ki, bu artıma ABŞ-Çin arasında davam edən ticarət gərginliyi fonunda qızılın təhlükəsiz sərmayə vasitəsi kimi dəyərinin artması və ABŞ Prezidenti Donald Trampın Federal Ehtiyat Sistemində islahat planı ilə bağlı narahatlıqlar səbəb olub. 

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə fyuçerslərinin dəyəri 2.04% artaraq 3,495.25 ABŞ dollarına bərabər olub. 

COMEX-də gümüşün bir unsiyası üzrə fyuçerslərinin qiyməti isə 0.92% artaraq 32,828 ABŞ dolları təşkil edib.

tag: Qızıl,Dollar,Valyuta,Birja,Todaypress.az,