Qızıl yenidən bahalaşdı

İqtisadiyyat

11.04.2025 09:16

6

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti artıb.   

TodayPress xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə iyun fyuçerslərinin qiyməti 1,64% artaraq 3 229,50 ABŞ dollarına bərabər olub. 

COMEX-də gümüşün bir unsiyası üzrə may fyuçerslərinin qiyməti də 1.63% artaraq 31,26 ABŞ dollarına bərabər olub.

tag: Qızıl,Qiymət,Birja,COMEX,Todaypress.az,