Qızıl və gümüş ucuzlaşdı
Əmtəə bazarlarında qızılın bir troya unsiyası üzrə fyuçerslərin qiyməti 3 040 ABŞ dollarından aşağı enib.
TodayPress birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun "COMEX" əmtəə birjasında qızılın bir troya unsiyası üzrə aprel fyuçerslərinin qiyməti 0,74% azalaraq 3 021,4 ABŞ dollarına bərabər olub.
"COMEX"də gümüşün bir unsiyası üzrə may fyuçerslərinin qiyməti isə 1,49% azalaraq 33,49 ABŞ dollarına bərabər olub.
tag: Əmtəə bazarları,ABŞ dolları,Qızıl,Gümüş,COMEX,todaypress.az,