Qızıl və gümüş ucuzlaşdı
İqtisadiyyat
03.02.2025 10:06
Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə aprel fyuçerslərinin qiyməti 0,36% azalaraq 2 811,40 ABŞ dollarına bərabər olub.
TodayPress birja məlumatlarına istinadən xəbər verir ki, COMEX-də gümüşün bir unsiyası üzrə mart fyuçerslərinin qiyməti də 1.52% azalaraq 31,78 ABŞ dollarına bərabər olub.
tag: Qızıl,Qiymət,Birja,COMEX,Todaypress.az,