Qızıl və gümüş ucuzlaşdı
Qızılın qiyməti son bir aydan artıq müddətdə ən aşağı səviyyəyə düşüb.
TodayPress xəbər verir ki, ABŞ-Çin ticarət gərginliyinin azalması qiymətli metalın cəlbediciliyinə mənfi təsir göstərib.
Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə fyuçerslərinin dəyəri 1.38% azalaraq 3,143.94 ABŞ dollarına bərabər olub.
COMEX-də gümüşün bir unsiyası üzrə fyuçerslərinin qiyməti isə 1.62% azalaraq 31.910 ABŞ dolları təşkil edib.
tag: Qızıl ,Gümüş ,Birja ,Dollar ,Todaypress.az,