Qızıl və gümüş bahalaşdı

İqtisadiyyat

15.04.2025 12:32

7

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti artıb.

TodayPress birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə iyun fyuçerslərinin qiyməti 0,47% artaraq 3 241,55 ABŞ dollarına bərabər olub.

COMEX-də gümüşün bir unsiyası üzrə may fyuçerslərinin qiyməti də 0,35% artaraq 32,28 ABŞ dollarına bərabər olub.

tag: Qızıl,Gümüş,Qiymət,Baha,todaypress.az,