Qızıl və gümüş bahalaşdı
İqtisadiyyat
18.12.2024 10:12
Nyu-Yorkun "COMEX" əmtəə birjasında qızılın bir troya unsiyası üzrə fevral fyuçerslərinin qiyməti 0,06% artaraq 2 663,6 ABŞ dollarına bərabər olub.
TodayPress birja məlumatlarına istinadən xəbər verir ki, "COMEX"də gümüşün bir unsiyası üzrə mart fyuçerslərinin qiyməti də 0,03% artaraq 30,93 ABŞ dollarına bərabər olub.
tag: Qızıl ,Gümüş, Bahalaşma,Dollar, todaypress.az,