Qızıl ucuzlaşdı, gümüş isə bahalaşdı

İqtisadiyyat

10.06.2024 10:31

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 0,52% azalaraq 2 313 ABŞ dollarına bərabər olub.

TodayPress birja məlumatlarına istinadən xəbər verir ki, COMEX-də gümüşün bir unsiyasının qiyməti isə 0,78% artaraq 29,67 ABŞ dollarına bərabər olub.

tag: Qızıl, Gümüş, Baha, Qiymət,todaypress.az,