Qızıl ucuzlaşdı

İqtisadiyyat

12.05.2025 10:17

14

 Qızılın qiyməti azalıb.

TodayPress xəbər verir ki, buna səbəb ABŞ və Çin arasında pozitiv ticarət danışıqlarının bazardakı narahatlıqları azaltması və investorların təhlükəsiz aktivlərdən daha riskli investisiyalara yönəlməsi olub.

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə fyuçerslərinin dəyəri 1.82% azalaraq 3,283.24 ABŞ dollarına bərabər olub.

COMEX-də gümüşün bir unsiyası üzrə fyuçerslərinin qiyməti isə 0.53% artaraq 33.088 ABŞ dolları təşkil edib.

tag: Qızıl,Dollar,Valyuta,Birja,Todaypress.az,