Qızıl tarixi zirvəyə yaxınlaşır

İqtisadiyyat

11.08.2024 13:50

Qızıl dollar və yuanı mərkəzi bankların valyuta ehtiyatlarından sıxışdırır. 

TodayPress xəbər verir ki, bu barədə “BVF” məlumat yayıb.   

Məlumata görə, Dolların valyuta ehtiyatlarında payı tarixi minimuma – 58,9%-ə, yuanın isə 2,2%-ə düşüb. 2023-cü ildə mərkəzi banklar tərəfindən qızıl alışı isə rekord hədd - 1030 ton təşkil edib ki, bu da bir il əvvəlkindən 183 ton çoxdur. 

Ölkələr geosiyasi qeyri-sabitlik və iqtisadi turbulentlik şəraitində valyuta ehtiyatlarını tarazlaşdırmaq üçün mübarizə aparır. Müdafiə aktivi kimi qızıla tələbat artır. 

Ekspertlər qeyd ediblər ki, mərkəzi banklar zəifləyən dollar və yuan fonunda öz dəyərini qorumaq üçün ehtiyatlarını qızıla doğru diversifikasiya edir. 

Qlobal qızıl hasilatı da ötən il 1% artaraq 3644 tona çatıb. 

Günəş Mərd  

tag: qızıl,dollar,valyuta,bazar,qiymət,yuan,todaypress.az,