Qızıl bahalaşmaqda davam edir

İqtisadiyyat

04.04.2025 09:24

2202

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə iyun fyuçerslərinin dəyəri 0,01% artaraq 3,121.94 ABŞ dollarına bərabər olub.

TodayPress birja məlumatlarına istinadən xəbər verir ki, COMEX-də gümüşün bir unsiyası üzrə may fyuçerslərinin qiyməti isə 1,08% artaraq 31.628 ABŞ dolları təşkil edib.

tag: Qızıl ,Gümüş ,Birja ,Artım ,Dollar ,Todaypress.az,