Qızıl bahalaşdı, gümüş ucuzlaşdı

İqtisadiyyat

29.03.2025 10:00

1660

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə iyun fyuçerslərinin dəyəri 1,16% artaraq 3,126.80 ABŞ dollarına bərabər olub.

TodayPress birja məlumatlarına istinadən xəbər verir ki, COMEX-də gümüşün bir unsiyası üzrə may fyuçerslərinin qiyməti isə 0,29% azalaraq 34.983 ABŞ dolları təşkil edib.

tag: Qızıl ,Gümüş ,Birja ,Dollar ,Todaypress.az,