Qəhvə qiymətləri son 13 ilin ən yüksək səviyyəsinə çatdı
Dünyanın aparıcı qəhvə istehsalçısı olan Braziliyanın məhsulu quraqlıq səbəbindən bir qədər potensialını itirib.
TodayPress xarici mediaya istinadən xəbər verir ki, qəhvə qiymətləri 2011-ci ildən bəri ən yüksək səviyyəyə qalxıb.
Belə ki, Braziliyanın məşhur “Arabica” qəhvəsinin qiyməti bir funt üçün 3 dollara qədər yüksəlib.
“StoneX” şirkətinin araşdırmasına görə, 2025/26-cı illərdə Braziliyanın qəhvə məhsulu əvvəlki dövrlə müqayisədə 0,4% də azalacaq.
Mütəxəssislər qeyd ediblər, son zamanlar Braziliyada yağan intensiv yağışlara baxmayaraq, torpağın rütubətliliyi kifayət qədər deyil. Bu da, meyvələrin inkişafına mane olur və məhsuldarlığı təhlükə altında qoyur.
Günəş Mərd
tag: Qəhvə, Mütəxəssislər, Braziliya, StoneX, Məhsul, todaypress.az,