Qatlana bilən “Motorola” gəlir
İqtisadiyyat
11.11.2024 19:05
“Motorola” şirkəti sentyabrda Yaponiyada qatlana bilən “Motorola Razr 50s” smartfonunu təqdim edib.
TodayPress xarici KİV-ə istinadən xəbər verir ki, bir neçə müddət bundan öncə isə məlumat ortaya çıxdı ki, şirkət bu smartfonun qlobal versiyasını təqdim etməyə hazırlaşır.
Lakin görünür, bu, “Motorola”nın hazırladığı yeganə yeni qatlana bilən smartfon deyil. Belə ki, “91mobiles” saytı “Motorola Razr 50s Ultra” smartfonunun fotosunu təqdim edib.
Təqdim edilmiş fotoda bu yeni qatlana bilən smartfon hər tərəfdən əks olunub. Fotodan belə qənaətə gəlmək olar ki, bu yeni smartfon xarici görünüşcə adi “Motorola Razr 50 Ultra”dan heç də fərqlənmir.
“Motorola Razr 50s Ultra”nın texniki imkanları barəsində ətraflı məlumat yoxdur. Sadəcə olaraq məlumdur ki, smartfon 45 vat gücündə sürətli naqilli şarj texnologiyasını və 15 vat gücündə sürətli naqilsiz şarj texnologiyasını dəstəkləyəcək. “Motorola Razr 50s Ultra” bu ilin sonuna kimi təqdim oluna bilər.
tag: Motorola, Smartfon, Telefon,Motorola Razr 50s Ultra,Texnologiya, todaypress.az,