Qarşılıqlı nəqliyyat xidmətlərinin dövriyyəsi 5 milyard dolları ötdü

İqtisadiyyat

18.03.2025 13:25

2200

2024-cü ildə Azərbaycanın qarşılıqlı nəqliyyat xidmətləri üzrə aparılan əməliyyatların ümumi dəyəri 5.1 milyard ABŞ dolları təşkil edib.

TodayPress xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.

Qeyd edilib ki, nəqliyyat xidmətlərinin 62.8%-i qeyri-rezidentlərin Azərbaycanın nəqliyyat xidmətlərindən istifadəsi ilə əlaqədar olub.

Azərbaycan rezidentlərinin qeyri-rezidentlərə göstərdikləri nəqliyyat xidmətlərinin dəyəri 3.2 milyard ABŞ dolları, qeyri-rezidentlərin Azərbaycan rezidentlərinə göstərdikləri nəqliyyat xidmətlərinin dəyəri isə 1.9 milyard ABŞ dolları təşkil edib.

Bildirilib ki, dövr ərzində qeyri-neft-qaz sektoru üzrə nəqliyyat xidmətlərinin ixracı 12.8%, idxalı isə 7.5% artıb.

Nəticədə nəqliyyat xidmətləri üzrə profisit 11.4% artaraq 1.3 milyard ABŞ dolları olub.

Qeyd edək ki, nəqliyyat xidmətləri üzrə profisit 2023-cü ildə 1.2 milyard ABŞ dolları təşkil edib.

tag: Azərbaycan,Nəqliyyat,Mərkəzi Bank,Milyard,Dollar,Todaypress.az,