Qara qızıl bahalaşdı
İqtisadiyyat
19.06.2024 11:05
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,71 ABŞ dolları, yaxud 1,9 % artaraq 87,35 ABŞ dolları təşkil edib.
Hərracların nəticələrinə görə, “Brent” markalı neftin avqust fyuçerslərinin qiyməti 85,33 ABŞ dolları təşkil edib.
TodayPress xəbər verir ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.
tag: Qara Qızıl, Qiymət, Baha, Brent Marka, ABŞ, todaypress.az,