Qadınların pensiya yaşı 70 olacaq? – Ekspertdən açıqlama
İqtisadiyyat
01.07.2024 16:30
“Qadınların
pensiya yaşının artırılması barədə aparılan ictimai müzakirələrin, pensiya
yaşının azaldılmasına təsiri olmayacaq”.
Bu barədə
Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli TodayPress-ə açıqlamasında
bildirib.
İqtisadçı qeyd
edib ki, qanunvericiliyə görə, 2017-ci ilin 1 iyulundan başlayaraq ölkəmizdə
qadınların pensiya yaşı hər il 6 ay artırılır:
“Proses 2027-ci
il iyulun 1-dək davam edəcək və ondan sonra qadınların penisya yaşı
artırılmayacaq. Bu belə davam edərsə, nəzərdə tutulan ilə qədər bu yaş 70 ola
bilər. Təbii ki, qanuna dəyişiklik edilməsi də istisna deyil. Amma hazırda vəziyyət
belədir. Bu barədə aparılan ictimai müzakirələrin də pensiya yaşının
azaldılmasına təsiri olmayacaq”.
A.Nəsirlinin
sözlərinə görə, hökumət bu addımla dövlət büdcəsinə qənaət etmək istəyir.
“Məsələn, bu
ilin may ayının əvvəlində dövlət büdcəsinə dəyişikliklər edildi. Büdcə xərcləri
4 milyard manat artırılsa da, sosial xərclər 150 milyon manat, səhiyyə xərcləri
isə 8 milyon manat azaldıldı. Bu da hökumətin sosial sahədə xərcləri azaltmaqla
büdcə xərclərinə qənaət etmək istədiyini göstərir”.
Qeyd edək ki,
bu gündən ölkəmizdə qadınların pensiya yaşı yarım il artırılaraq 64-ə
çatdırılıb. Xatırladaq ki, hazırda kişilərin pensiya yaşı 65-dir.
Günəş Mərd
tag: Ekspert, Akif Nəsirli, Pensiya,Liberal İqtisadçılar Mərkəzi, todaypress.az,