Polşanın yanacaq nəhəngi Rusiya neftindən imtina etdi
İqtisadiyyat
19.08.2024 17:21
Polşanın "PKN Orlen" yanacaq konserni öz neft emalı zavodlarında Rusiya neftindən istifadəni tamamilə dayandıracaq.
TodayPress xəbər verir ki, bu barədə "Orlen"in idarə heyətinin sədri məlumat yayıb.
Onun sözlərinə görə, hazırda “Litvinov” zavodunda Rusiya neftindən istifadə olunur. Lakin buna səbəb infrastrukturun çatışmazlığıdır. Bu problemlər aradan qaldırıldıqdan sonra neft başqa mənbədən tədarük ediləcək.
Bildirilib ki, Polşa nəhənginin bütün digər fabrikləri uzun müddətdir ki, Rusiya neftindən istifadə etmir.
Xatırladaq ki, Polşa 2022-ci ilin yazında Rusiya neftinin tədarükündən tamamilə imtina edib.
Töhfə Səməd
tag: Rusiya, Polşa, Neft, Orlen, Tədarük, todaypress.az,