Pavel Durov Paris məhkəməsində dindirildi
İqtisadiyyat
07.12.2024 01:23
“Telegram”ın təsisçisi
Pavel Durov ona qarşı açılmış məhkəmə işi ilə bağlı ilk dəfə Paris
məhkəməsində dindirilib.
TodayPress xəbər verir ki,
bu barədə xarici KİV-də məlumat yayılıb.
Bildirilib ki, bu gün Durov iki vəkilin müşayiəti ilə yerli vaxtla saat 10:00-da Paris məhkəməsinə gəlib.
Durov avqustun 24-də
axşam Fransanın Le Burje hava limanında şəxsi təyyarədən enərkən saxlanılıb.
Sahibkar ölkəyə Azərbaycandan uçub.
İş adamı "Telegram"da kiber və
maliyyə cinayətləri məsələlərində əməkdaşlıqdan imtina etməkdə ittiham olunur.
Durov milli kibercinayətkarlıq və fırıldaqçılıqla mübarizə
idarələri tərəfindən araşdırılır.
Hazırda telegramın yaradıcısı şərti azadlıqdadır.
Aynur TAC
tag: Pavel Durov, Fransa, Həbs,Telergram, todaypress.az,