Ötən il TBNM ilə 3,3 milyon ton yük daşındı
İqtisadiyyat
27.01.2025 20:28
Ötən il Transxəzər Beynəlxalq Nəqliyyat
Marşrutu (TBNM, Orta Dəhliz) ilə 3,3 milyon ton yük
daşınıb ki, bu da 2023-cü illə müqayisədə 21 % çoxdur.
TodayPress xəbər verir ki, bu barədə "Qazaxıstan Dəmir Yolları” SC yanında
"İnteqrasiya edilmiş Planlaşdırma Direktorluğu"nun direktor müavini
Alibi Tulegenov “Report”a müsahibəsində bildirib.
"Bu artım əsasən Qazaxıstanın ixracının genişlənməsi
hesabına mümkün olub - ixrac həcmi də 21 % artıb", -
o vurğulayıb.
A.Tulegenov qeyd edib ki, hazırda Transxəzər marşrutunun
dəmir yolu seqmentinin ötürücülük qabiliyyəti ildə 6
milyon ton təşkil edir: “Lakin planlarımızda bu
göstəricini dəhlizin bütün infrastrukturu - dəmir yolu və limanlar - hesabına
ildə 10
milyon tona çatdırmaq var”.
Onun sözlərinə görə, 2024-cü ildə Çinin Sian şəhərində
Qazaxıstan-Çin yük terminalının istifadəyə verilməsi ilə Orta Dəhliz üzrə
Çindən konteyner tranziti xeyli artıb. İlin yekunlarına görə 358 konteyner
qatarı göndərilib ki, bu da əvvəlki dövrlə müqayisədə 33 dəfə
çoxdur
A.Tulegenov vurğulayıb ki, 2025-ci ildə Çindən Orta
Dəhliz vasitəsilə təxminən 600 konteyner
qatarının göndərilməsi planlaşdırılır: "Bu isə marşrutun potensialından
xəbər verir".
tag: Transxəzər, TBNM, Qazaxıstan, Neft, Qaz, todaypress.az,