Ötən ay sığortalanmış 13 milyon manatlıq istehsala ziyan dəyib – RƏSMİ

İqtisadiyyat

01.05.2025 13:15

27

“Təkcə aprel ayında Aqrar Sığorta Fonduna edilən müraciətlər deməyə əsas verir ki, ölkədə sığortalanmış 13 milyon manatlıq istehsala tam və yaxud qismən ziyan dəyib. Baş verən təbiət hadisələri istehsalçıları maliyyə itkiləri ilə üz üzə qoyub”. 

Bu barədə Fonddan TodayPress-in sorğusuna cavab olaraq bildirilib. 

Vurğulanıb ki, ilin əvvəlindən isə artıq 26 milyon manatlıq istehsala ziyan dəyməsi ilə bağlı Fonda müraciətlər daxil olub.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə iki dəfə çoxdur. 

“Son iki ildə fermerlərə ödənilmiş təzminatların həcmi isə 12 milyon manat təşkil edib. Ümumiyyətlə sığorta hadisələrinə görə ödənilən təzminatlar ildən ilə artır, bu da zərərçəkənlərə fəaliyyətlərini bərpa etməyə və kənd təsərrüfatı fəaliyyətlərini əhəmiyyətli axsamalar olmadan davam etdirməyə imkan verib”.

Qeyd olunub ki, hazırda ölkənin kənd təsərrüfatı təyinatlı ərazilərinin 30 %-i, yəni 450 000 hektarı sığorta təminatı altına alınıb. Eləcədə bitkiçilik üzrə aqrar istehsalın 8 %-i sığortalanıb və fondun üzərinə götürdüyü sığorta öhdəlikləri 450 milyon manat təşkil edib. Aqrar Sığorta Fondu ilə bağlanılan müqavilələrin sayı 57 minə çatıb, zərər ödənişlərinin dəyəri isə 15 milyon manatı ötüb.   

Töhfə Səməd

tag: Kənd Təsərrüfatı,Sığorta,Ziyan,Fond,Todaypress.az,