Orxan Məmmədov: “Regionlarda bir çox insanlar KOBİA-nın təklif etdiyi xidmətlərdən xəbərsizdi”
İqtisadiyyat
19.12.2024 12:10
“KOBİA-nın məşğulluğa bir sıra dəstək alətləri var”.
TodayPress xəbər verir ki, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov 4-cü Azərbaycan Karyera İnkişaf Forumunda deyib.
Onun sözlərinə görə, bilik və bacarıqların artırılması istiqamətində görüşlər, master klasslar aparılır. Bütün bunlardan isə ən çox gənclər istifadə edir. Xidmətlər tamamilə pulsuz olduğu üçün gənclərə daha əlverişli gəlir:
“Bundan başqa fiziki məhdudiyyətli şəxslərin və qadınların əmək bazarında inkişafına xüsusi diqqət yetirilir. Onlara sahibkar düşüncəsini yeritmək üçün əlimizdən gələni edirik. Regionlarda bir çox insanlar KOBİA-nın təklif etdiyi xidmətlərdən xəbərsizdi. Ona görə də ilk növbədə bölgələrdə bu istiqamətdə maarifləndirmə tədbirlərini həyata keçirdirik”.
O, tövsiyyə edib ki, riskləri görüb, heç nədən çəkinməsinlər. Onlar qurumların təklif etdiyi xidmətlərdən istifadə etsinlər.
Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə keçirilən forum “Bu günün təcrübəsindən sabahın çağırışlarına!” devizi ilə təşkil edilir.
Töhfə Səməd
tag: KOBİA ,Orxan Məmmədov, Əmək, Bazar ,todaypress.az,