Orxan Məmmədov: "KOB subyektlərinin sayı 401 mini keçib"
İqtisadiyyat
16.12.2024 15:48
"KOB subyektlərinin yeni bölgüsü meyarlarının tətbiq edildiyi, eləcə də KOBİA-nın faktiki fəaliyyətə başladığı 2018-ci ildən ötən 5 il ərzində KOB subyektlərinin sayı 64%-ə yaxın artaraq 401 mini keçib".
TodayPress xəbər verir ki, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov 2024-cü ildə fəaliyyəti ilə fərqlənmiş sahibkarlara "Dayaq" mükafatının təqdim olunması mərasimində deyib.
Onun sözlərinə görə, bu dövr KOB-lar tərəfindən yaradılmış əlavə dəyərin həcmi isə təqribən 2 dəfədən çox artaraq 9,8 milyard manatdan 20,1 milyard manata çatıb.
"Bu kateqoriyadan olan bizneslərin dövriyyəsi ötən il 43,8 milyard manat olub ki, bu da ölkə üzrə qeyri-neft dövriyyəsinin 37,3%-ni təşkil edib" deyə o bildirib.
Töhfə Səməd
tag: KOB ,Subyekt, Agentlik ,Biznes, todaypress.az,