“OPEC+” neftin qiymətinin düşməsi ilə bağlı yeni tədbirlər görəcək
İqtisadiyyat
04.09.2024 17:00
“OPEC+” ölkələri oktyabrda planlaşdırılan neft hasilatının artırılmasını təxirə salmağı düşünür.
TodayPress xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Kartel ölkələri resursların ucuzlaşması ilə əlaqədar yeni tədbirləri müzakirə edirlər. “OPEC+” danışıqlarında iştirak edən rəsmilərin sözlərinə görə, assosiasiya nümayəndələri gündəlik hasilatın 180 min barel artırılmasını davam etdirib-etdirməməyi düşünürlər.
Sentyabrın 4-də “Brent” markalı neftin bir bareli 73 dollardan aşağı düşüb. Hazırda qiymətlərin enməsi müşahidə edilir. Analitiklər bu dinamikaya səbəb kimi Yaxın Şərqdə eskalasiyanın olmamasını göstərirlər. Qiymətlərin enməsinin digər səbəbi isə Çindən xammala olan tələbatın zəifləməsi olub.
Qeyd edək ki, dünya bazarında Azərbaycan nefti də ucuzlaşıb. “Azeri Light” markalı neftin bir barelinin qiyməti 3,69 faiz azalaraq 78,55 ABŞ dolları olub.
Töhfə Səməd
tag: Kartel, Brent, Dollar, Yaxın Şərq, Analitik, todaypress.az,