Növbəti torpaq hərracı elan edildi

İqtisadiyyat

05.05.2025 12:16

14

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) iyunun 4-də növbəti dəfə torpaq hərracı keçirəcək. 

TodayPress bu barədə quruma istinadən xəbər verir. 

Məlumata görə, hərraclar ƏMDX-nın Yevlax, Ucar, İmişli və Ağcabədi ərazi şöbələrində olacaq.

Hərraclara müxtəlif bələdiyyə orqanlarına məxsus 8 torpaq sahəsi çıxarılacaq. 

Hərraclar barədə ətraflı məlumatı buradan əldə etmək mümkündür.

tag: Torpaq,Hərrac,ƏMDX,Satış,Todaypress.az,