Növbəti torpaq hərracı elan edildi

İqtisadiyyat

23.04.2025 17:59

9

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) mayın 21-də növbəti dəfə torpaq hərracı keçirəcək. 

TodayPress bu barədə quruma istinadən xəbər verir. 

Məlumata görə, hərraclar ƏMDX-nın Lənkəran, Cəlilabad, Masallı, Biləsuvar, Yardımlı, Ağsu və İsmayıllı ərazi şöbələrində olacaq.

Hərraclara müxtəlif bələdiyyə orqanlarına məxsus 12 torpaq sahəsi çıxarılacaq. 

Hərraclar barədə ətraflı məlumatı buradan əldə etmək mümkündür.

tag: Torpaq,Hərrac,ƏMDX,Elan,Todaypress.az,