Növbəti hərracda 18 nəqliyyat vasitəsi satıldı

İqtisadiyyat

06.05.2025 16:28

9

Mayın 6-da İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilən hərracda 18 nəqliyyat vasitəsi satılıb. 

TodayPress xəbər verir ki, hərraca çıxarılan nəqliyyat vasitələrinə ümumilikdə 103 sifariş qəbul edilib.

Bunlardan 33-ü onlayn qaydada həyata keçirilib.

Rəqabətli keçən hərracda start qiyməti 4.500 manat olan “Nissan Maxima” markalı avtomobil 8.200 manata, 7.800 manat olan lot üzrə 2 nəqliyyat vasitəsi 13.300 manata satılıb.

Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə https://clck.ru/3LtXXH linki vasitəsilə tanış olmaq olar. Cari ay ərzində növbəti hərraclar 13, 20 və 27 may tarixlərində keçiriləcək.

Hərraca çıxarılan əmlakların siyahısı ilə https://clck.ru/3LtZmC linki vasitəsilə tanış olmaq mümkündür. İştirak etmək istəyənlər “www.emlak.gov.az” və “www.auksion.gov.az” internet saytlarından hərraca çıxarılan əmlaklar üzrə seçim edə bilərlər.    

tag: ƏMDX,Hərrac,Gəlir,Nəqliyyat,Todaypress.az,