“Nokia” “Amazon”a qalib gəldi

İqtisadiyyat

21.09.2024 16:20

“Nokia” Münxen regional məhkəməsində patent mübahisəsi üzrə çəkişmədə “Amazon” kompaniyasına qalib gəlib.

TodayPress xəbər verir ki, qərara əsasən, Finlandiya kompaniyası gələcəkdə “Amazon”un “Fire TV” video cihazının müəyyən modellərinin satışını dayandıra bilər. Mübahisə video axınında istifadə edilən H.264 və H.265 sıxılma üsullarındakı texniki detallara aiddir. “Nokia” bu detalları bir neçə il əvvəl patentləşdirib.

Məhkəmə qərarının mövcud müştərilərə heç bir təsir göstərməyəcəyini iddia edən “Amazon” bu qərarı kəskin şəkildə pisləyib və vəziyyətin tezliklə həll olunacağına əminliyini bildirib.

tag: Nokia ,Münxen ,Məhkəmə ,Finlandiya ,Amazon, todaypress.az,