Neftin qiyməti yenidən bahalaşdı

İqtisadiyyat

28.12.2024 10:48

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,99 % artaraq 76,12 ABŞ dolları təşkil edib.

Bu barədə TodayPress-ə neft bazarındakı mənbə məlumat verib.

Hərracların nəticələrinə görə, “Brent” markalı neftin fevral fyuçerslərinin qiyməti 74,17 ABŞ dollarında qərarlaşıb. 

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 ABŞ dollarından hesablanıb.

tag: Neft ,Artım ,büdcə, Barel, todaypress.az,