Neftin qiyməti endi

İqtisadiyyat

24.02.2025 13:08

1044

Fevralın 24-də neftin qiyməti bir qədər enib.

TodayPress xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Londonun “ICE Futures” birjasında “Brent” markalı neftin aprel fyuçerslərinin qiyməti barelə görə 74,31 dollar təşkil edir ki, bu da əvvəlki hərracın bağlanış qiymətindən 0,12 dollar (0,16%) aşağıdır. Cümə günü isə “Brent” 2,05 dollar (2,7%) ucuzlaşaraq 74,43 dollara düşmüşdü.

Nyu-Yorkun “NYMEX” birjasında “WTI” markalı neftin aprel fyuçerslərinin qiyməti 0,19 dollar (0,27%) azalaraq 70,21 dollar olub. Əvvəlki hərracda isə bu neft növü 2,08 dollar (2,9%) ucuzlaşaraq 70,4 dollar səviyyəsində qərarlaşmışdı.

Ötən həftə ərzində hər iki neft markası ümumilikdə 0,4% dəyər itirib.

Qiymət Mahir

tag: London,Birja,Neft,Qiymət,todaypress.az,