Neftin qiyməti bahalaşdı

İqtisadiyyat

08.10.2024 09:50

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,76 faiz artaraq 82,91 ABŞ dolları təşkil edib.

Bu barədə TodayPress-ə neft bazarındakı mənbə məlumat verib.

Bundan başqa, “Brent” markalı neftin dekabr fyuçerslərinin qiyməti isə 80,93 ABŞ dollarında qərarlaşıb.

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 ABŞ dollarından hesablanıb.

tag: Dünya , Neft,Barel ,Büdcə, ABŞ ,todaypress.az,