Neftin qiyməti bahalaşdı

İqtisadiyyat

27.11.2024 10:22

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,7 % artaraq 75,22 ABŞ dolları təşkil edib.

TodayPress xəbər verir ki, bu barədə neft bazarındakı mənbə məlumat yayıb.

Hərracların nəticələrinə görə, “Brent” markalı neftin yanvar fyuçerslərinin qiyməti isə 72,81 ABŞ dollarında qərarlaşıb.

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 ABŞ dollarından hesablanıb.

tag: Neft, Birja, Sənaye, Azərbaycan, ABŞ, todaypress.az,