Neftin qiyməti artmaqda davam edir
Neft bazarında ötən həftə qeydə alınan enişdən sonra qiymət artımı müşahidə olunur.
TodayPress xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Londonun “ICE Futures” birjasında “Brent” markalı neftin aprel fyuçerslərinin qiyməti 0,6 dollar (0,8%) bahalaşaraq 75,26 dollar/barelə çatıb. Cümə günü “Brent” 0,37 dollar (0,5%) artaraq 74,66 dollar/barel səviyyəsində ticarəti tamamlamışdı.
Nyu-Yorkun “NYMEX” birjasında “WTI” markalı neftin mart fyuçersləri 0,54 dollar (0,76%) bahalaşaraq 71,54 dollar/barel olub. Ötən sessiyada isə bu göstərici 0,39 dollar (0,6%) artaraq 71 dollar/barel səviyyəsinə yüksəlmişdi.
Qiymət Mahir
tag: Neft,Dünya,İqtisadiyyat,Fyuçers,todaypress.az,