Neftimiz bahalaşdı
İqtisadiyyat
07.06.2024 10:13
Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.
TodayPress xəbər verir ki, Azərbaycan neftinin 1 bareli üzrə qiyməti ötən günlə müqayisədə 2.56 ABŞ dolları və ya 3.3% artaraq 80.91 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, ötən gün Azərbaycan nefti 78,35 dollara ticarət edilib.
Qeyd edək ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları təşkil edib.
tag: Neft, Dünya, AzeriLight, Azərbaycan, todaypress.az,