Neft yenidən bahalaşdı
İqtisadiyyat
31.12.2024 12:20
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,43 % artaraq 76,45 ABŞ dolları təşkil edib.
Bu barədə TodayPress-ə neft bazarındakı mənbə məlumat verib.
Hərracların nəticələrinə görə, “Brent” markalı neftin fevral fyuçerslərinin qiyməti 73,99 ABŞ dollarında qərarlaşıb.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 ABŞ dollarından hesablanıb.
tag: Dünya bazarı,Neft,Azeri Light,ABŞ ,Dollar,Brent,todaypress.az,