Neft qiymətləri “OPEC+” açıqlamasından sonra ucuzlaşmağa başladı

İqtisadiyyat

06.12.2024 17:15

“OPEC+”in neft hasilatının artırılmasına başlamasını üç ay təxirə salmaq qərarı bazar qiymətlərini dəstəkləyə bilməyib. 

TodayPress-in xəbərinə görə, “Bloomberg” yazır ki, investorlar hasilatın bərpasını üçüncü dəfə gecikdirən alyansın həqiqətən belə tədbirlərin köməyi ilə qlobal hasilat artımını cilovlaya biləcəyinə şübhə edirlər.

Bakı vaxtı ilə saat 15:00-a olan məlumata görə, Londonun ICE birjasında “Brent” markalı neftin fevral fyuçerslərinin qiyməti 71,3 dollara düşüb ki, bu da noyabrın ortalarından bəri minimum kotirovka olub. Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,19 % azalaraq 75,4 ABŞ dolları təşkil edib.

Sorğuda iştirak edən ekspertlərin fikrincə, gələn il ABŞ-də neft hasilatının artması qlobal istehlakın zəif artımı fonunda bütün qalan məhdudiyyətləri kompensasiya etməkdən daha çox olacaq. Və nəzərə alsaq ki, Çin iqtisadiyyatının bərpasına ümidlər özünü doğrultmur, o zaman tədarük tərəfində davamlı təzyiqdən danışmaq olar.

“Reuters”ə müsahibə verən analitiklər Çində elektrikli avtomobillərin çox sürətlə qəbul edilməsinin neft ixracatçıları üçün şok olacağını bildirmişdilər. ÇXR iqtisadiyyatı uzun müddətdir artan tələbin hərəkətverici qüvvəsi olub və gələcək dünya ehtiyaclarını qiymətləndirərkən bazar onu rəhbər tutur. Amma indi belə görünür ki, Çində alışlar gələn il pik həddə çatsa da, tədricən azaltmağa başlayacaq.

Töhfə Səməd

tag: Çin ,Tədarük ,ABŞ, Neft ,todaypress.az,