Neft qiymətləri bu səhər artmağa başladı
Fevralın 7-də səhər saatlarında neftin qiyməti mülayim artım göstərib və keçən sessiyada il əvvəli minimumlara düşməsindən sonra bərpa olunur.
TodayPress xəbər verir ki, bu barədə xarici KİV yazıb.
Məlumata görə, Londonun “ICE Futures” birjasında “Brent” növü üçün aprel ayı üzrə fyuçers müqavilələrinin qiyməti 0,32 dollar (0,43%) artaraq 74,61 dollar/barel təşkil edib. Fevralın 6-da müqavilələr 0,32 dollar (0,4%) ucuzlaşaraq 74,29 dollar/barelə enmişdi.
Bundan əlavə, New Yorkun “NYMEX” birjasında mart ayı üzrə “WTI” fyuçersləri 0,25 dollar (0,35%) artaraq 70,86 dollar/barel olub. Fevralın 6-da müqavilələr 0,42 dollar (0,6%) ucuzlaşmış və 70,61 dollar/barel səviyyəsində bağlanmışdı.
Qiymət Mahir
tag: Neft,Artım,Fyuçers,Dünya,Todaypress.az,