Neft-qaz sektoru üzrə dövlət büdcəsinə nə qədər vəsait daxil olub?

İqtisadiyyat

18.04.2025 17:44

13

Dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları isə 4776,0 milyon manat təşkil edib.

Bu barədə Malliyyə Nazirliyindən TodayPress-ə məlumat verilib.   

Qeyd olunub ki, bu da proqnozla müqayisədə 6,7 milyon manat və ya 0,1 faiz, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə isə 213,4 milyon manat və ya 4,7 faiz çoxdur. 2025-ci ilin 1-ci rübündə dövlət büdcəsinin gəlirlərində neft-qaz sektoru üzrə daxilolmaların 24,2 faizi və ya 1155,7 milyon manatı vergi orqanlarının xətti ilə daxilolmaların, 75,8 faizi və ya 3620,3 milyon manatı Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin payına düşür. 

Vergi orqanlarının xətti ilə dövlət büdcəsinə daxil olmuş neft-qaz gəlirlərinin 49,6 faizi və ya 572,9 milyon manatı Şahdəniz yatağı üzrə mənfəət vergisi, 40,7 faizi və ya 471,1 milyon manatı Dövlət Neft Şirkətinin ödədiyi müvafiq vergilər, 9,7 faizi və ya 111,7 milyon manatı ABƏŞ-in mənfəət vergisi hesabına olub.

tag: Neft,Qaz,Sektor,Büdcə,Todaypress.az,