Neft koksunun ixracı azaldı

İqtisadiyyat

18.12.2024 13:40

Cari ilin yanvar-noyabr aylarında ölkədən neft koksunun ixracı 16,1 faiz azalaraq 186,5 min ton təşkil edib.

TodayPress xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb. 

Bildirilib ki, ixrac edilən məhsulun dəyəri isə 15 milyon 894 min dollar olub.

Xatırladaq ki, 2023-cü ilin eyni aylarında Azərbaycandan 222,3 min ton və ya 57 milyon 252 min dollar dəyərində neft koksu ixrac edilib.

tag: Neft ,Koks ,Azalma ,Faiz, todaypress.az,