Neft 5 dollara yaxın ucuzlaşdı

İqtisadiyyat

05.04.2025 10:16

2059

Aprelin 5-də dünya bazarlarında eniş neftin qiymətinə də təsir edib.

TodayPress xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında 2025-ci ilin may ayı üçün WTI neftinin barel qiyməti 7,41 % (-4,96 dollar) azalaraq 61.99 dollara enib.

ICE London qitələrarası birjasında 2025-ci ilin iyun ayı üçün Brent neftinin qiyməti isə 6,50 % (-4.56 dollar) azalaraq 65,58 dollara düşüb.

Analitiklər hesab edir ki, buna səbəb Donald Trampın Çinə yeni tariflər tətbiq etməsi və ötən günün Çinin qarşılıqlı olaraq 34% tarif müəyyən etməsi, bundan əlavə, OPEC+ ölkələrinin may ayından etibarən hasilatı artırmaqla bağlı qərara gəlməsi olub.

Bu faktorlardan bazarlarda təklifi artıraraq qiymətlərdə enişə səbəb olub.

tag: Neft ,Qiymət ,Enmə, Dollar ,todaypress.az,