Nazir: “Vergi islahatlarının nəticələri Harvarda yüksək qiymətləndirilib”

İqtisadiyyat

13.02.2025 11:18

2425

“Vergi siyasəti iqtisadi səmərəliliyə böyük təsir göstərir”. 

TodayPress xəbər verir ki, İqtisadiyyat naziri Mikayıl Cabbarov bunu “Vergi Xidməti – 25: Davamlı inkişaf və effektiv transformasiya” Forumunda deyib.   

Onun sözlərinə görə, vergilər sosial bərabərsizliyin azaldılması və ümumi iqtisadi inkişafın təşviqində mühüm rol oynayır.

“2019-cu ildən vergi sistemində həyata keçirilən islahatlar nəticəsində Azərbaycanda əmək münasibətlərinin leqallaşdırılması istiqamətində ciddi irəliləyişə nail olunub. Əmək bazarında təşviq mexanizminə əsaslanan vergi islahatlarının nəticələri ABŞ-nin nüfuzlu Harvard Universitetinin ekspertləri tərəfindən də yüksək dəyərləndirilib. Universitet tərəfindən aparılan təhlillər də göstərir ki, islahatlar iqtisadiyyatın “ağardılması”, bizneslərin leqallaşması baxımından səmərəli olub, eyni zamanda qeyri-neft sektorunda iqtisadi aktivliyi stimullaşdırıb. Azərbaycan eyni məsələlərlə qarşılaşan digər ölkələr üçün uğurlu nümunə hesab edilib”. 

Töhfə Səməd

tag: Mikayıl Cabbarov,Əmək,İqtisadiyyat,Biznes,Vergi,Todaypress.az,