Nazir: TAP vasitəsilə Avropaya 45 milyard kubmetr qaz tədarük edildi
Energetika naziri Pərviz Şahbazov TAP-ın icraçı direktoru Luka Skyeppati ilə görüşüb.
TodayPress xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov məlumat verib.
“TAP-ın icraçı direktoru Luka Skyeppati ilə sərfəli, etibarlı və dayanıqlı enerji təchizatında Cənub Qaz Dəhlizinin strateji rolu, TAP boru kəmərinin genişləndirilməsi, eləcə də metan emissiyalarının azaldılması məsələlərini müzakirə etdik. İndiyə qədər TAP vasitəsilə Avropaya 45 milyard kubmetrdən çox qaz tədarük edilib” deyə nazir qeyd edib.
tag: Energetika,Nazir,Pərviz Şahbazov,TAP,Qaz,Nəql,Todaypress.az,