Nazir: "İsrail Azərbaycanla yol nəqliyyatı və dəmiryol nəqliyyatı sahəsində əməkdaşlıqda maraqlıdır"
Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev İsrailin yol infrastrukturu şirkəti “Netivei Israil”in rəhbərliyi arasında görüş keçirilib.
TodayPress xəbər verir ki, bu barədə nazir Rəşad Nəbiyev rəsmi səhifəsində paylaşım edib.
“Görüşdə İsraildə şəhər nəqliyyatının idarə edilməsi də daxil olmaqla avtomobil və dəmiryolu üzrə icra olunan layihələrə dair təqdimatlar edildi, bu sahədə rəqəmsallaşmanın tətbiqi haqqında məlumat verildi.
Eyni zamanda, qarşı tərəf Azərbaycanla yol nəqliyyatı, o cümlədən dəmiryol nəqliyyatı sahəsində əməkdaşlıqda maraqlı olduqlarını bildirdi.
Həmçinin Azərbaycan şirkətlərinin İsraildə həyata keçirilən yol-nəqliyyat infrastrukturu layihələrində iştirakına dair fikir mübadiləsi aparıldı”, - deyə nazir Rəşad Nəbiyev bildirib.
tag: Nazir, İsrail, Azərbaycan, Nəqliyyat, DƏmiryolu, Əməkdaşlıq, todaypress.az,