Nazir: Azərbaycanda Macarıstanın 26 şirkəti fəaliyyət göstərir

İqtisadiyyat

15.10.2024 04:09

Azərbaycanda Macarıstanın 26 şirkəti fəaliyyət göstərir.

 

TodayPress xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Macarıstanın Milli Günü münasibətilə keçirilən rəsmi qəbulda deyib.

 

"Macarıstan Azərbaycana ötən müddət ərzində 1,5 milyard, Azərbaycandan Macarıstana isə 8 milyard dollar investisiya qoyulub. Ticarət dövrriyyəmizin həcmi cari ilin 8 ayında 30 faizə qədər artıb" o vurğulayıb.

 

S.Babayev, həmçinin Macarıstanın COP29-un uğurlu keçəcəyinə böyük töhfə verəcəyinə inandığını əlavə edib.

tag: Azərbaycan, Macarıstan, Şirkət, Ticarət, COP29, todaypress.az,